Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-07-2026 , 13:49

92

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

Elman Xəlilov: “Bələdiyyənin vergi xidmətinin və kollektivin birgə səyi ilə qarşıya qoyulan hədəfə doğru irəliləyirik”

“Bu gün İlisu bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla vətəndaşların qaldırdığı problemlərin həllinə nail olmaqdır. Bunun üçün bələdiyyənin vergi xidməti Bələdiyyələrin Vahis İsformasiya Sisteminin verdiyi bütün imkanlardan yararlanmağa çalışır” bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elman Xəlilov deyib.

Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2024-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  31.684 manat  vəsait daxil olub ki,  onunda  235 manatı əmlak vergisindən, 3.732 manatı torpaq vergisindən, 26.280 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  287 manatı mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərindən, 150 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən  əldə edilib. İl yarım ərzində  bələdiyyə mülkiyyətinin icarəsindən 1000 manat vəsait daxil olub.

 Ümumilikdə, il ərzində 4.792 manat isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib.

2025-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  13.666 manat  vəsait daxil olub ki,  onunda  351 manatı əmlak vergisindən, 1.845 manatı torpaq vergisindən, 8.280 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  2.163 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən, 75 manatı ianələrdən və 951  manat isə digər istiqamətlərdən daxil olub.  2025-ci il ərazində  bələdiyyə mülkiyyətinin icarəsindən vəsait daxil olmayıb.

Ümumilikdə, il ərzində 8.750 manat mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən əldə edilib.

2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  59.975 manat  vəsait daxil olub ki,  onunda  2324 manatı əmlak vergisindən, 9.914 manatı torpaq vergisindən, 26.060 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  120  manatı isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərdən, 15.972 manatı  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən əldə edilib. 2026-ci il ərazində də  bələdiyyə mülkiyyətinin icarəsindən isə 4.978 manat, ianələrdən 666 manat, digər istiqamətlərdən isə 60 manat daxil olub.

Göründüyü kimi, 2025 ci illə müqayisədə İlisu bələdiyyəsinin büdcə gəlirlərində 3.4 dəfəyədək artım müşahidə olunub. Bələdiyyənin vergi xidmətinin və kollektivin birgə səyi ilə qarşımıza qoyduğumuz hədəfə doğru irəliləyirik. Əldə edilən gəlirlər sonra vətəndaşların üzləşdiyi problemlərin həllinə yönəldilir.

Belə ki, sel sularının yaratdığı fəsadların aradan qaldırılmasına, 9 kəndin hər birində məişət tullantılarının idarə olunması üçün quyuların qazılmasına,  ​9 kənddə küçə işıqlarının təmiri və yenidən qurulmasına, ​Qaşqaçayda şəhid qəbiristanlığının təmizlənib daşınmasına bələdiyyə iclasınım qərarı ilə  vəsait xərclənmişdir.

Əlavə edək ki, 2025-ci lin yanvarın keçirilən bələdiyyə seçkilərində Əmircan və Qaşqaçay bələdiyyələri İlisu bələdiyyəsinə birləşdirilib. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz